Palladino İtaliya klubunda
“Atalanta”nın yeni baş məşqçisi bəlli olub. Komanda bu posta Raffaele Palladinonun gətirildiyini açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı italiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Atalanta” A Seriyasında bu mövsüm yığdığı 13 xalla 13-cü pillədə qərarlaşıb.












