Palinya Premyer Liqa yolunda

Palinya Premyer Liqa yolunda

Portiqaliyalı futbolçu Joao Palinya yenidən İngiltərədə oynaya bilər. “Bavariya”nın yarımmüdafiəçisi ilə “Tottenhem” maraqlanır.

Ötən mövsümdə “Fulhem”dən transfer olunan Palinya Münhen klubunda ümidləri doğrultmyaıb. Əsas heyətdə möhkəmlənə bilməyən 30 yaşlı futbolçu “Tottenhem”lə danışıqlar aparır. Londonlular onun transferinə 25-30 milyon avro xərcləmək niyyətindədirlər.

Qeyd edək ki, 51 milyon avroya “Bavariya” keçən Palinya 25 oyunda fərqlənməyib.

ETOPAZ

Əvvəlki yazı

”Neftçi”nin baş məşqçisi bəlli oldu

Növbəti yazı

Feliks “Benfika”ya dönəcək