Paketa “Yunayted” yolunda
Lukas Paketa “Vest Hem”dən ayrılmaq niyyətindədir. Braziliyalı yarımmüdafiəçi daha iddialı klubda çıxış etmək istəyir.
Paketa Premyer Liqanın başqa klubuna keçə bilər. “Mançester Yunayted” 28 yaşlı futbolçunun xidmətində maraqlıdır.
“Qırmızı şeytanlar” təcrübəli oyunçunu qışda transfer etmək istəyir. Onlar artıq “sambaçı”nın klubu ilə əlaqə saxlayıb və tələb olunan təzminatın məbləği ilə bağlı məlumat istəyiblər.












