Paketa üçün təhlükə
Lukas Paketa futboldan kənarlaşdırıla bilər. Buna səbəb onun mərc oyunlarında iştirak etməsidir.
İngiltərə Futbol Assosiasiyası futbolçunu mərclərdən pul qazanmaq üçün oyuna təsir etməkdə ittiham etmişdi. O, Premyer Liqada “Lester” (12 noyabr 2022), “Aston Villa” (12 mart 2023), “Lids” (21 may 2023) və “Bornmut” (12 avqust 2023) ilə matçlarda 4 qanun pozuntusunda ittiham olunub.