Paketa Premyer Liqa yolunda
“Lion”un yarımmüdafiəçisi Lukas Paketa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 24 yaşlı braziliyalı futbolçunun xidmətində “Vest Hem” maraqlıdır.
London klubu Paketa üçün 33,7 milyon funt-sterlinq təklif edib. Tərəflər hələlik razılığa gələ bilməyiblər.