Pablo Mari bıçaqlandı
İtaliyanın “Montsa” klubunun futbolçusu Pablo Mari bıçaqlanıb. Hadisə ötən gün Milandakı ticarət mərkəzlərindən birində baş verib.
Əqli qüsurlu şəxs ispanyalı müdafiəçi də daxil olmaqla 6 nəfərə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən 29 yaşlı futbolçunun həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, “Montsa” Pablo Marini mövsümün əvvəlində “Arsenal”dan icarəyə götürüb. Mari A seriyası təmsilçisinin heyətində 8 oyunda 1 qol vurub.