Pablo Felipe “Vest Hem”də
“Vest Hem” ilk transferini rəsmiləşdirib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Yeni transfer mövsümün ilk hissəsini Portuqaliya “Jil Visente”sində keçirən Pablo Felipedir.
22 yaşlı braziliyalı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb. Mediada bu transferin 23 milyon avroya başa gəldiyi yazılıb.













