Ozobiç 30-cudur: 60-cı qolla

Ozobiç 30-cudur: 60-cı qolla

“Neftçi”nin futbolçusu Filip Ozobiç Azərbaycan çempionatlarında 60-cı qolu vurub. Yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XVII turunun “Kəpəz”lə ev oyununa (2:1) təsadüf edib.

O, ölkə çempionatlarındakı 180-ci matçında buna nail olub. Filipin orta məhsuldarlığı 0,33-ə bərabərdir. O, “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 9 dəfə fərqlənib.

Ozobiç Azərbaycan çempionatları tarixində 60 və ya daha çox qol vuran 30-cu futbolçu olub.

ETOPAZ

Əvvəlki yazı

Əliyevin 30-cu qolu

Növbəti yazı

Azərbaycan çempionatlarının 20-cisi