Ozobiç 23-cü pillədə
Azərbaycan çempionatları tarixinin bombardirləri siyahısında dəyişiklik olub. “Turan Tovuz”un futbolçusu Filip Ozobiç 23-cü pilləyə yüksəlib.
Yarımmüdafiəçi buna 67-ci qolunu vurmaqla nail olub. O, “Kəpəz”lə Premyer Liqanın VI turunun görüşündə (3:0) fərqlənib. Bununla da Filip 66 qol vuran Yunis Hüseynovu arxada qoyub.
Qeyd edək ki, cədvələ 183 qol vuran Nazim Əliyev başçılıq edir.
| 1 | Nazim Əliyev | 183 |
| 2 | Müşfiq Hüseynov | 125 |
| 3 | Rövşən Əhmədov | 116 |
| 4-5 | Qurban Qurbanov | 115 |
| Samir Ələkbərov | 115 | |
| 6 | Alay Bəhramov | 108 |
| 7 | Nadir Nəbiyev | 103 |
| 8-9 | Xaqani Məmmədov | 102 |
| Vadim Vasilyev | 102 | |
| 10 | Kənan Kərimov | 101 |
| 11 | Musa Qurbanov | 94 |
| 12 | Fazil Pərvərov | 89 |
| 13 | Samir Musayev | 88 |
| 14-15 | Fərrux İsmayılov | 85 |
| İmamyar Süleymanov | 85 | |
| 16 | Samir Əliyev | 84 |
| 17 | İsmayıl Məmmədov | 76 |
| 18 | İlham Məmmədov | 74 |
| 19 | Azər İsayev | 73 |
| 20 | Paşa Əliyev | 72 |
| 21 | Badri Kvaratsxeliya | 71 |
| 22 | Zaur Ramazanov | 70 |
| 23 | Filip Ozobiç | 66 |












