Özildən vida
Almaniya millisinin sabiq futbolçusu Məsut Özil karyerasını başa vurub. Bunu “Real” və “Arsenal” kimi klublarda oynamış yarımmüdafiəçinin özü açıqlayıb.
O, 17 illik karyerasında “Şalke”, “Verder”, “Fənərbaxça” və “Başakşəhər”də də çıxış edib. 34 yaşlı futbolçu millidə dünya çempionu titulunu qazanıb.
Özil Almaniya kuboku, İspaniya çempionluğu, kuboku, Superkuboku, üç dəfə İngiltərə kuboku və eyni sayda Superkuboku əldə edib.