Özil “Fənərbaxça”dan ayrıldı
“Fənərbaxça” Məsut Özillə yollarını ayırıb. Almaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Bu ilin martımda əsas komandadan kənarlaşdırılan Özil yeni baş məşqçi Jorje Jesus tərəfindən də əsas komandaya qaytarılmayıb. 33 yaşlı futbolçunun “Başakşəhər”ə keçəcəyi gözlənilir.