Özcan “Aston Villa” yolunda

Özcan “Aston Villa” yolunda

“Kasımpaşa”nın futbolçusu Yasin Özcan komandanı tərk etmək üzrədir. O, karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Türkiyəli oyunçu “Aston Villa”ya qoşulacaq. Klub onun keçidini yekunlaşdırmağa yaxındır.

Müdafiəçi müqavilə imzalamaq üçün gələn həftə Birmingemə yollanacaq. Bu transfer üçün İstanbul təmsilçisinə 8 milyon avro ödəniləcək.

ETOPAZ

Əvvəlki yazı

İsak ayın futbolçusu seçildi

Növbəti yazı

Vinisius klub alır