Ozan Can Kökçü “Volendam”da
Azərbaycan yığmasında çıxış edən Ozan Can Kökçünün yeni klubu bəlli olub. 26 yaşlı futbolçu karyerasını Niderlandda davam etdirəcək.
Ozan Can “Volendam”la müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, bu mövsümdə Eredeviziyaya vəsiqə qazanan “Volendam”la “1+1 illik” müqavilə bağlayıb.
Qeyd edək ki, Ozan Can Kökçü daha əvvəl Finlandiyada HİK komandasının formasını geyinib.