“Ovyedo”dan yeni transfer
“Ovyedo” heyətini yeni futbolçu ilə gücləndirib. İspaniya təmsilçisi Meksikanın “Leon” klubundan Nikolas Fonsekanı icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı dayaq yarımmüdafiəçisi 2026-cı ilin yayına kimi La Liqa təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Nikolas Fonseka bu mövsüm “Leon”un heyətində 17 oyunda meydana çıxıb.













