Ostravada yarımfinalçılar müəyyənləşdi

Ostravada yarımfinalçılar müəyyənləşdi

Çexiyanın Ostrava şəhərində keçirilən WTA-500 turnirində yarımfinalçılar müəyyənləşib. 565 min 530 dollar mükafat fondu olan yarışda 1/4 finalın bütün görüşləri iki setdə yekunlaşıb.

Anett Kontaveyt Belinda Bençiçi 6:4, 6:3 hesabı ilə məğlub edib. Jil Taykman isə Petra Kvitova qarşısında aciz qalıb – 4:6, 4:6.

Mariya Sakkari Tereza Martintsovanı 7:5, 6:3, İqa Şventek isə Yelena Rıbakinanı 7:6, 6:2 hesabı ilə üstələyib. Turnirə sentyabrın 26-da yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Kumana 2 oyunluq cəza

Növbəti yazı

Dani Alves qərarını verdi