Oskar yenidən Braziliyada

Oskar yenidən Braziliyada

Oskar karyerasını vətənində davam etdirəcək. O, 14 ildən sonra “San-Paulu”ya dönüb.

33 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Oskar komandada ən çox maaş alan 3 futbolçudan biri olacaq. O, yenidən doğma klubuna döndüyü üçün xoşbəxt olduğunu bildirib. Təcrübəli hücumçu 2008-2010-cu illərdə “San-Paulu”da çıxış edib.

Qeyd edək ki, Oskar 7 illik Çin karyerasından sonraya Braziliyaya dönüb. O, “Şanxay Port”un heyətində 179 oyunda 58 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” Qittenslə maraqlanır

Növbəti yazı

“Mançester Yunayted” transfer büdcəsi bəlli oldu