Osimhenin durumu müəyyənləşdi
“Napoli”nin hücumçusu Viktor Osimhen Çempionlar Liqasının qrup mərhələsinin “Liverpul”la oyununda (4:1) zədələnib. Onun durumuna aydınlıq gəlib.
Neapolitan klubunun mətbuat xidməti forvardın müayinə nəticələrini açıqlayıb. Osimhenə sağ bud nahiyəsindən ikinci dərəcəli zədə diaqnozu qoyulub. Nigeriyalının sağalması təxminən beş həftə çəkəcək.