Osimhen zədələndi

Osimhen zədələndi

“Napoli” itki ilə üzləşib. İtaliya klubunun futbolçusu Viktor Osimhen zədələnib.

Hücumçu “Sassuolo” ilə görüşdə xəsarət alaraq əvəzlənib. Nigeriyalı forvard 83-cü dəqiqədə sağ ayağını tutaraq yerə oturub.

Onun zədədən sonrakı durumu dəqiqləşməyib. Viktor cari mövsümün 19 çempionat oyunda 18 qol vurub.

Qeyd edək ki, “Napoli” səfərdə “Sassuolo”ya 2:0 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

“Baks”ın seriyası davam edir

Növbəti yazı

Kurtua meydana qayıdır