Osimhen üçün daha 2 müştəri
Viktor Osimhen daha 2 klubun maraq dairəsinə düşüb. O, karyerasını İngiltərədə davam etdirə bilər.
“Napoli” hücumçuya görə 150 milyon avro tələb edir. “Çelsi” Viktorun transferi mübarizəsində favorit hesab olunur. “Zadəganlar” yaxın günlərdə Neapol klubu ilə danışıqlara başlayacaq. Londonun digər təmsilçisi “Tottenhem” də Osimhen keçidində maraqlıdır. Harri Keyn komandanı tərk edəcəyi halda, komanda nepaollulara təklif göndərəcək.