Osimhen PSJ-nin hədəfində
“Napoli”nin hücumçusu Viktor Osimhen daha bir Avropa nəhənginin maraq dairəsinə düşüb. PSJ onu heyətinə qatmaq niyyətindədir.
Parislilər forvardla 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalamağa hazırdırlar. Fransa çempionu Osimhenə sözləşmə bağlanacağı təqdirdə illik 10 milyon avro maaş təklif etmək istəyir. “Napoli” isə futbolçusu üçün 150 milyon avro tələb edir.