Osimhen PSJ-nin hədəfində

Osimhen PSJ-nin hədəfində

PSJ nigeriyalı hücumçu Viktor Osimhenlə maraqlanır. Fransa mətbuatı 25 yaşlı forvardı Randel Kolo Muanini əvəzləyə biləcəyini yazıb.

İcarə əsasında “Qalatasaray”da çıxış edən Osimhenin qışda transferinin çətin olduğu bildirilib. Nigeriyalı forvardın mövsümün sonunda Paris klubuna keçməsi müzakirə olunur. “Napoli”yə məxsus futbolçunun transfer qiyməti 75 milyon avrodur.

Qeyd edək ki, Viktor 2024/2025 mövsümdə “Qalatasaray”ın həyətində 12 oyunda 9 qol və 5 ötürməlik nəticə göstərib. İstanbul klubu da mövsümün sonunda Osimhenin transferini həyata keçirməyə çalışır .

ETOPAZ

Əvvəlki yazı

Çalhanoğlu ən yaxşı adına layiq görüldü

Növbəti yazı

Klublararası dünya çempionatında qruplar bəlli oldu