Osimhen PSJ-nin diqqət mərkəzində
PSJ hücum xəttini gücləndirməyi düşünür. Klub “Napoli”nin forvardı Viktor Osimheni heyətinə qatmaq niyyətindədir.
Parislilər onun üçün 150 milyon avroluq təklif verməyə hazırlaşır. Daha əvvəl “Çelsi”nin futbolçu üçün 100 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.