Osimhen “Mançester Yunayted”in hədəfində
“Napoli”nin hücumçusu Viktor Osimhen komandadan ayrıla bilər. O, yay transfer pəncərəsində “Mançester Yunayted”ə keçməyə yaxındır.
İngiltərə klubu nigeriyalı hücumçu üçün 120 milyon avro ödəməyə hazırdır. Eyni zamanda “Çelsi” də Osimhen üçün həmin məbləği xərcləməyə razıdır.