Osimhen İngiltərə yolunda
“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər. Onun xidmətində “Mançester Yunayted” maraqlıdır.
“Qırmızı şeytanlar” futbolçu üçün ciddi təklif hazırlayır. Belə ki, klub Osimhen üçün 120 milyon funt-sterlinq ödəməyə hazırdır.