Osimhenə daha bir müştəri

Osimhenə daha bir müştəri

“Nottingem Forest” heyətini gücləndirmək niyyətindədir. Klub icarə əsasında “Qalatasaray”da çıxış edən “Napoli”nin nigeriyalı forvardı Viktor Osimhenin xidmətində maraqlıdır.

“Nottingem Forest”in 26 yaşlı hücumçu uğrunda mübarizədə “Mançester Yunayted” və PSJ ilə yarışacaq. İngiltərə təmsilçisi İtaliya klubuna 75 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, “Qalatasaray” Osimheni ötən ilin sentyabrında “Napoli”dən icarəyə götürüb.

ETOPAZ

Əvvəlki yazı

Qrizmann qərarını verdi

Növbəti yazı

Günün kuponu – 28.03.2025