Osaka məşqçisi ilə yollarını ayırdı
Daha bir ulduz tennisçi məşqçisi ilə yollarını ayırıb. Bu dəfə Naomi Osaka gündəmə gəlib.
O, növbəti dəfə məşqçisini dəyişməyə qərar verib. Osaka Vim Fissettlə vidalaşıb.
Əməkdaşlığa son qoyulmasını da mütəxəssisin özü açıqlayıb. O, 2019-cu ildən Naomi ilə çalışırdı.
Qeyd edək ki, tennisçi yeni məşqçisini yaxın müddətdə müəyyənləşdirəcək.