Osaka lider oldu

Osaka lider oldu

“Forbes” jurnalı bu il dünyanın ən çox qazanan idmançısının adını açıqlayıb. Bu ada yaponiyalı tennisçi Naomi Osaka layiq görülüb.

O, gəlirləri ilə bütün həmkarlarını qabaqlayaraq, üçüncü dəfə ən çox qazanan idmançı olub. 25 yaşlı Osaka tarixin yaddaşına qovuşmaqda olan 2022-ci ildə 51,1 milyon dollar qazanıb. 

O, bu qazancın hamısını isə idmançı kimi əldə etməyib. 2019-cu ildə Qadın Tennis Assosiasiyasının reytinqində birinci yeri tutan Osaka həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

ETOPAZ

Əvvəlki yazı

Qrant yenidən Afrikada

Növbəti yazı

Deyvis mükafata layiq görüldü