Osaka “Australian Open”dən kənar qalır
Dünyanın sabiq birinci raketkası Naomi Osaka “Australian Open”i buraxmaq təhlükəsi ilə üzləşib. Tennisçinin 2019-cu və 2021-ci illərdə çempionu olduğu yarışı buraxacağı gözlənilir.
Onun hələ məşqlərə başlamadığı iddia edilir. Ötən həftə sevgilisi reper Cordae ilə Avropada gəzməkdə olan Osaka Los-Ancelesə qayıdıb. Amma məşq bazasında hazırlıq keçməyib.
Naomi “Australian Open” öncəsi heç bir turnirə sifariş olunmayıb. Bu yarışın iştirakçıları sırasına isə avtomatik daxil edilib.