Orxan Məmmədov “Ər-Rayyan”ın rəsmiləri ilə görüşüb
Qətərdə səfərdə olan “Zirə”nin İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin “Ər-Rayyan” klubunun rəsmiləriylə görüşüb. Qətərlilərin vitse-prezidenti Ali Salem Afifa və idman direktoru Mohammed Alatvaanla görüşdə müxtəlif fikir mübadilələri aparılıb və təcrübələr bölüşülüb.
Görüş zamanı komandaların gələcəkdə bir-birləriylə yoxlama oyunu keçirmə perspektivi də müzakirə edilib. Tərəflər daha sonra isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ər-Rayyan” – “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) oyununu izləyiblər.