Orxan Əliyev “Turan Tovuz”da

Orxan Əliyev “Turan Tovuz”da

Orxan Əliyev “Turan Tovuz”da davam etdirəcək. Onunla 2025-2026-cı illər mövsümünün sonunadək müqavilə bağlanılıb.

29 yaşlı futbolçu mövsümün əvvəlindən “Kəpəz”in formasını geyinirdi. Orxan cari mövsümdə 15 oyunda 4 dəfə fərqlənib.

Qeyd edək ki, Əliyev “Sumqayıt”, “Xəzər-Lənkəran”, “Zirə”, “Səbail”, “Araz-Naxçıvan”ın şərəfini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

“Vest Hem”də ayrılıq

Növbəti yazı

“Liverpul”un seriyası qırıldı