“Orlando” İnqlsı heyətinə qatdı
Co İnqlsın yeni komandası bəlli olub. O, karyerasını “Orlando”da davam etdirəcək.
Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Sözləşmə 22 milyon dollar dəyərindədir.
Avstraliyalı ötən mövsüm “Miluoki”də çıxış edib. O, 46 oyunda orta hesabla 6,9 xal, 3,3 asist və 2,8 ribaundla yadda qalıb.