Orye Madridə köçür
Fil Dişi Sahili yığmasının futbolçusu Serj Orye “Atletiko”ya keçməyə yaxındır. Madrid klubu 30 yaşlı futbolçu ilə yaxından maraqlanır.
2021/22 mövsümündə formasını geyindiyi İspaniya klubu ilə yollarını ayıran Orye hazırda azad agent statusuna malikdir. “Atletiko” bundan yararlanaraq, onunla müqavilənin şərtlərini razılaşdırmağa yaxındır.
Futbolçu da Avropanın aparıcı klublarından birində oynamaq arzusundadır. Serj ötən mövsümdə “Vilyarreal”ın heyətində 24 oyun keçirib.