Oriqi İngiltərə klubunda
Belçika millisinin futbolçusu Divok Oriqinin yeni klubu bəlli olub. “Milan”ın hücumçusu karyerasını İngiltərədə davam etdirəcək.
28 yaşlı forvard “Nottinhem Forest”ə keçib. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Oriqi yeni klubuna icarə əsasında keçib. İcarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.