Oriqi A Seriyası klubu ilə razılaşdı

Oriqi A Seriyası klubu ilə razılaşdı

“Liverpul”un hücumçusu Divok Oriqinin yeni klubu müəyyənləşib. 26 yaşlı forvard mövsümün sonunda “Milan”a keçəcək.

Belçika millisinin üzvü İtaliya klubuna azad agent kimi yollanacaq. Tərəflər müqavilənin bütün şərtlərini artıq razılaşdırıblar. İlkin anlaşmaya əsasən, forvard yeni komandası ilə 3+1 illik müqavilə imzalayacaq. Onun illik məvacibi isə 3,5 milyon avro olacaq.

Qeyd edək ki, Oriqi bu mövsüm mersisaydlıların heyətində 14 oyunda 5 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 12.04.2022

Növbəti yazı

Prezident seçkilərində Benzemaya səs verildi