“Ordu”dan inamlı qələbə
Azərbaycan Basketbol Liqasında IX tur davam edir. Turun ikinci gününün ilk oyunu Bakıda keçirilib.
“Ordu” “Lənkəran”ı sınağa çəkib və asan qələbə qazanıb. Qonaqlar yalnız ilk dövrədə rəqibə ciddi müqavimət göstərə biliblər.
Qeyd edək ki, tura dekabrın 27-də yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
IX tur
25 dekabr
B qrupu
16:00. “Ordu” – “Lənkəran” – 99:51 (20:20, 27:10, 34:5, 18:6)
Sərhədçi İdman Mərkəzi