“Ordu” və “Şəki” səfərdə qalib gəldi

“Ordu” və “Şəki” səfərdə qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub. Turun son günündə iki oyun keçirilib.

“Gəncə” doğma meydanda “Ordu”nu qəbul edib. Qarşılaşma qonaqların xeyrinə başa çatıb – 77:79.

Növbəti oyunda “Sumqayıt” “Şəki” ilə üz-üzə gəlib. Görüş qonaq komandanın fərqli qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, VIII turun əvvəlki oyunlarında “Neftçi” NTD-ni (81:68), “Sərhədçi” “Naxçıvan”ı (86:65), “Sabah” “Abşeron”u (94:71), “Quba” isə “Lənkəran”ı (89:60) məğlub edib.

Azərbaycan Basketbol Liqası
B qrupu
VII tur
22 dekabr
14:00. “Gəncə” – “Ordu” – 77:79 ( 15:17, 29:22, 9:26, 24:14)

Gəncə İdman Sarayı

17:00. “Sumqayıt” – “Şəki” – 66:89 (17:20, 19:20, 14:28, 16:21)
Sumqayıt OİK

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.12.2024

Növbəti yazı

“Neftçi”dən antirekord