“Ordu” və “Abşeron”dan qələbə

“Ordu” və “Abşeron”dan qələbə

Azərbaycan Basketbol Liqasında XIX tur davam edir. İkinci oyun günündə hər qrupda bir matç keçirilib.

B qrupunun qarşılaşmasında “Ordu” ilə “Lənkəran” üz-üzə gəlib. Autsayderlə görüşdə meydan sahibləri çətinlik çəkməyiblər. “Lənkaran” yalnız birinci dövrədə üstünlük qazana bilib. Sonrada daha yaxşı oynayan “Ordu” 87:65 hesabı qalib gəlib.

A qrupunun oyununda “Naxçıvan” “Abşeron”u sınağa çəkib. İlk dövrədə 11 xal üstün olan qonaq komanda sonadək üstünlüyünü qoruyub. “Abşeron” 60:58 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura martın 19-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XIX tur
18 mart
B qrupu
16:00. “Ordu” – “Lənkəran” – 87:65 (14:16, 26:22, 23:13, 24:14)

“Sərhədçi” İdman Mərkəzi

A qrupu
19:00. “Naxçıvan” – “Abşeron” – 58:60(5:16, 17:13, 18:15, 18:16)

“Sərhədçi” İdman Mərkəzi

ETOPAZ

Əvvəlki yazı

İsak “Barselona”nın hədəfində

Növbəti yazı

MOK-un Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşdi