“Ordu” pley-offda
Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında növbəti oyunlar keçirilir. Pley-in mərhələsinin ikinci matçları davam edir.
“Ordu” “Quba” üzərində 2-ci qələbəsi ilə pley-offa yüksəlib.
“Sərhədçi” və “Abşeron” ikinci qələbə ilə seriyanı bitirmək üçün meydana çıxacaq. İlk matçda uduzan NTD və “Sumqayıt” dueli 3-cü qarşılaşmaya daşımaq üçün qalib gəlməlidir.
Qeyd edək ki, digər cütdə “Lənkəran”a 2 dəfə qalib gələn “Gəncə” pley-offa yüksəlib.
Azərbaycan Basketbol Liqası
Pley-in, ikinci oyunlar
14 aprel
14:00. “Quba” – “Ordu” – 88:92 (20:28, 19:22, 21:28, 28:14)
Quba OİK
Seriyada hesab – 0:2
18:00. NTD – “Abşeron”
“Sərhədçi” İM
Seriyada hesab – 0:1
21:00. “Sərhədçi” – “Sumqayıt”
“Sərhədçi” İM
Seriyada hesab – 1:0