Onanuqa rəsmən “Kəpəz”də
“Kəpəz” sabiq futbolçusu Olavale Onanuqanı yenidən rənglərinə bağlayıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanılıb.
Nigeriyalı yarımmüdafiəçi 2023/2024-cü illər mövsümündə də “sarı-göylər”in heyətində çıxış edib. Onanuqa 27 oyuna 2 qol vurub.
“Kəpəz”dən sonra Olavale Əl-Nəsr (Küveyt) və Bney Yehuda (İsrail) klublarında oynayıb.












