Onana millidən kənarlaşdırıldı
Kamerun millisinin qapıçısı Andre Onana heyətdən kənarlaşdırılıb. Bu, Serbiya yığması ilə bugünkü qarşılaşmadan öncə baş verib.
Qolkiper intizamla bağlı səbəblərdən heyətdən kənar düşüb. O, Serbiya ilə matçda iştirak etməyəcək. “İnter”in futbolçusunun kənarlaşdırılma müddəti və dəqiq səbəbi müəyyənləşməyib.
Qeyd edək ki, Serbiya ilə matçda onu Deid Epassi əvəzləyəcək.