Onana “İnter”lə müqaviləni razılaşdırdı
Niderlandın “Ayaks” klubunun qapıçısı Andre Onana karyerasını İtaliyada davam etdirəcək. Kamerunlu qolkiper “İnter”ə keçəcək.
25 yaşlı əlcək sahibi Milan təmsilçisi ilə müqaviləni razılaşdırıb. Tərəflər 4 illik anlaşma imzalayacaq. Andre yeni klubunda ilə 3 milyon avro qazanacaq.
Xatırladaq ki, dopinqə görə 9 aylıq diskvalifikasiya edilən qolkiperin cəzası noyabrın 3-də başa çatıb. Onananın “Ayaks”la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. O, Milan təmsilçisinə azad agent kimi keçəcək.