Olsen Premier Liqaya qayıtdı

Olsen Premier Liqaya qayıtdı

“Şeffild Yunayted”in “Roma”dan icarəyə götürdüyü Robin Olsen karyerasını Premyer Liqada davam etdirəcək. 32 yaşlı isveçli qapıçı “Aston Villa”ya keçəcək.

Olsen mövsümün sonunadək Birminhem təmsilçisində icarədə olacaq. Onun keçidi ilə bağlı klublar arasında razılıq əldə edilib.
Robin ötən ilin avqustundan Şeffild təmsilçisində oynayır. “Roma” bunadək qapıçını “Kalyari” və “Everton”a da icarəyə verib.

ETOPAZ

Əvvəlki yazı

AVRO-2032-yə namizəd

Növbəti yazı

“Atletiko”da iki itki