Olsen “Aston Villa”da qalacaq
İcarə əsasında “Aston Villa”da çıxış edən “Roma”nın qapıçısı Robin Olsen İngiltərə klubunda qalacaq. Premyer Liqa klubu qolkiperi birdəfəlik alacaq.
Birmingemlilər 32 yaşlı isveçlini 3,5 milyon avroya almaq opsionunu aktivləşdirəcək. Müqavilənin müddəti 2024-cü ilə qədər olacaq.