Olmo yaşıl meydanlara qayıdır

Olmo yaşıl meydanlara qayıdır

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmonun meydana qayıdacağı tarix müəyyənləşib. Yarımmüdafiəçi hazırda zədəsini sağaltma ərəfəsindədir.

Lakin “Barselona” əsas futbolçularından olan Olmonun sağlamlığı ilə bağlı risk etmək istəmir. Bu səbəbdən Dani aprelin 26-da keçiriləcək Kral Kubokunun finalına qədər matçları buraxacaq.

O, bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Barselona” İspaniya kubokunun finalına qədər 4 oyun keçirəcək. 

ETOPAZ

Əvvəlki yazı

ÇL-də həftənin komandası bəlli oldu

Növbəti yazı

Millinin sabiq baş məşqçisi Məşqçilər Komitəsində