Olmo “Nyukasl”ın hədəfində
“Nyukasl Yunayted” heyətini gücləndirmək niyyətindədir. Klub Dani Olmo ilə maraqlanır.
“Sağsağanlar”ın ispan futbolçu üçün 70 milyon funt-sterliqdən artıq təklif irəli sürəcəyi bildirilir.
“Barselona”da çıxışı ilə diqqət çəkən 25 yaşlı yarımmüdafiəçi, həm də İspaniya millisindəki parlaq çıxışı ilə “Nyukasl” rəhbərliyinin maraq dairəsinə düşüb.












