Ölkə kubokunun püşkatma mərasimi keçirildi
Basketbol üzrə Azərbaycan Kubokunun (2026) püşkatma mərasimi baş tutub. Püşkatmanın nəticələrinə əsasən turnirin mərhələləri və oyun cütlükləri müəyyənləşib.
1/8 final oyunları 13–14 yanvar tarixlərində keçiriləcək.
1/4 final mərhələsinin qarşılaşmaları isə 18–22 fevral tarixlərində Bakı İdman Sarayında baş tutacaq.
Qarşılaşmalar kubokun reqlamentinə uyğun olaraq bir oyun sistemi əsasında keçiriləcək.










