“Olimpiakos”un yeni baş məşqçisi müəyyənləşdi
Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Olimpiakos”un baş məşqçisi müəyyənləşib. Bunu Yunanıstan klubunun mətbuat xidməti açıqlayıb.
Pirey təmsilçisini Miçel Qonsales çalışdıracaq. 59 yaşlı mütəxəssis 2013-15-ci illərdə də “Olimpiakos”a rəhbərlik edib.
“Real” və İspaniya millisinin sabiq futbolçusu Yunanıstan klubunu 91 matça çıxarıb. Bu oyunlarda 65 qələbə qazanan pireylilər 11 heç-heçə edib və 16 dəfə uduzub.