“Olimpiakos”un futbolçusu həbs olundu
Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Ruben Semedu həbs olunub. Portuqaliyalı müdafiəçi 17 yaşlı qızı zorlamaqda ittiham edilir. Polis bölməsinə anası ilə birlikdə yollanan zərərçəkən Rubendən şikayət edib. O bildirib ki, futbolçu ilə barda tanış olub. Semedu ona alkoqol içkilərə qonaq etdikdən sonra evinə aparıb.
Bu, 2019-cu ildən “Olimpiakos”da çıxış edən futbolçunun ilk cinayəti deyil. O, İspaniyada oynadığı vaxt qarət, insan oğurluğu və silah saxlamağa görə 5 ay həbsdə olub. Onun İspaniyaya girişinə 8 illik qadağa qoyulub.