Olimpiada üçün yeni qərar

Olimpiada üçün yeni qərar

Yay Olimpiya Oyunlarının basketbolun 3×3 növü üzrə yarışlarında iştirakçı sayı dəyişdirilib. Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi verib.

2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadada 12 kişi və 12 qadın komandası mübarizə aparacaq. Tokio-2020 və Paris-2024-də bu rəqəm 8-ə bərabər olub.

Say artımı əksər yığmalar üçün Olimpiada şansının yüksəlməsidir. Azərbaycan millisi üçün də yeni imkanlar yaradıb. Paris-2024-ə qatılan qadın yığmamız ABŞ-da da iştirakçılar sırasına düşməyə namizədlərdəndir.

Qeyd edək ki, millimiz Fransa paytaxtında 7-ci yeri tutub.

ETOPAZ

Əvvəlki yazı

Ayın klubu bəlli oldu

Növbəti yazı

ÇL-də həftənin futbolçusu müəyyənləşir