“Old Trafford” üçün yeni plan
Britaniyalı milyarder Cim Ratkliff “Mançester Yunayted”lə bağlı plan hazırlayıb. O, komandanın ev oyunlarını keçirdiyi “Old Trafford”da yeniləmə işlərinin aparılmasını istəyir.
İş adamı stadionun tutumunu genişləndirmək niyyətindədir. Ratkliff tribunaların sayının 90 minə qədər yüksəldilməsini istəyir. Hazırda stadion 74,3 min nəfərlikdir.